“Cənnət Park”dakı yanğında 5 nəfər xəstəxanalıq oldu

saytların hazırlanması

Evə çatdırılma

“Cənnət Park”dakı yanğında 5 nəfər xəstəxanalıq oldu

Hadisə

06 Fevral 2020 13:03 1098


“Cənnət Park” yaşayış kompleksində yanğın baş verib. 

TƏBİB-dən "Yeni Sabah"a bildirilib ki, hadisə nəticəsində 4-ü FHN əməkdaşı olmaqla, 5 nəfər xəsarət alıb:

Bir nəfər qadın sakin sifətin və yuxarı ətrafların I və II dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.  Sezar pizza

Xəsarət alanların vəziyyəti yaxşıdır, hal-hazırda onlara ambulator yardım göstərilir.

Xatırladaq ki, bir neçə saat əvvəl Abşeron rayonunun Aşağı Qüzdək qəsəbəsindəki "Cənnət Park" yaşayış kompleksində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə bildirib ki, hadisə kompleks ərazisindəki 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 80 kv.metr olan 3 otaqlı yaşayış binasında baş verib. Hadisə nəticəsində mənzilin 2 otağı yanar konstruksiları ilə birlidə yanıb. Fövqəladə Hallar Nazirliyinin canlı qsvvə və texnikaları əraziyə cəlb edilib. Hadisə nəticəsində yanan mənzildən bir qadın xilas edilərək aidiyyəti üzrə təcili yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təhlükəsiz əraziyə təxliyyə edilib. Yanğının qarşısı tam alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!