Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar

saytların hazırlanması

Evə çatdırılma

Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar

Hadisə

05 Avqust 2025 09:20 444


Konsert proqramı ilə çıxış etmək üçün İstanbula gedən məşhur ifaçı Cennifer Lopes şəhərdə mağazaların birinin içərisinə buraxılmayıb.

“Yeni Sabah” bu barədə "Türkiye" qəzetinə istinadla xəbər verir.

O, cangüdənlərinin müşayiəti ilə çıxdığı alış-verişdə "Chanel" mağazasına daxil olmaq istəyib. Lakin müğənni gözlənilməz vəziyyətlə qarşılaşıb. Marqarita pizza

Mağazanın təhlükəsizlik işçisi onun Cennifer Lopes olduğunu bilməyərək, "yer yoxdur" deyərək içəri buraxmayıb.

İfaçı mübahisə etmədən "problem deyil" deyərək oradan uzaqlaşıb. Sonradan onun Cennifer Lopes olduğunu öyrənən təhlükəsizlik işçisi üzr istəyib. Amma pop ulduz onun mağazaya dəvət təklifini qəbul etməyib. / Oxu.Az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!