Cənub Muğan kanalı qurudu, onlarla kənd susuz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Cənub Muğan kanalı qurudu, onlarla kənd susuz qaldı

Sosial

30 İyul 2020 16:12 805


Cənub Muğan kanalının Biləsuvar rayonu ərazisindən keçən hissəsində su yenidən quruyub.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, artıq bir həftəyə yaxındır davam edən su böhranı daha çox İsmətli, Ağayrı, Nəsimi, Nərimankənd, Çaylı, Əsgərabad, Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndləri daxil olmaqla rayonun bütün ərazisini əhatə edir.

Hazırda vəziyyətin bu cür davam etməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Kanalda suyun quruması, demək olar ki, rayonun bütün yaşayış məntəqələrində problemə çevrilib. Belə ki, sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatı və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər. pizza

Məsələ ilə bağlı Milli Məclisin Biləsuvardan seçilmiş deputatı Bəhruz Məhərrəmov da müvafiq qurumlara müraciət edib: “Biləsuvar susuzdur! Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb. Bu gün bir daha aidiyyəti strukturlardan məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edirəm. Bu problem yerli orqanların həll edəcəyi məsələ deyil. Biləsuvara kömək lazımdır! Bəli, digər rayonlarda su problemi var, lakin Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan suyu azalsa da, çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur. Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır".

Qeyd edək ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən kanaldan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!