Cənubi Qafqazda müharibə olmayacaq - İranın müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Qafqazda müharibə olmayacaq - İranın müdafiə naziri

Rəsmi

13 Sentyabr 2023 11:06 779


Azərbaycan Respublikası ilə Ermənistan arasında yaranmış gərginliyə cavab olaraq deyim ki, regionda müharibə olmayacaq və İslam Respublikasının regionun geosiyasəti ilə bağlı mövqeyi bəllidir.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Məhəmmədrza Aştiani deyib.

Hökumət iclasının kuluarı zamanı o, jurnalistlərə bildirib: "Silahlı Qüvvələrin Baş Qərargahında bununla bağlı keçirilən son görüş və məsləhətləşmələrə əsasən, mövqelərimiz tamamilə aydındır və regionun geosiyasətində dəyişikliklərə dair bir təklifi qəbul etmirik. Bu, hamıya aydındır". Dominos pizza

General Aştiyani Qafqaz regionunda baş verən proseslərin monitorinqinə istinadla əlavə edib: "Hazırkı tendensiya göstərir ki, bölgədə xüsusi bir şey olmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!