Cəsarət Valehov işsiz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Cəsarət Valehov işsiz qaldı

Maraqlı

08 Dekabr 2023 17:45 1383


Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.

Yenisabah.az xəbər verir ki, qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub. Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub. O, bundan əvvəl nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Toyuqlu pizza

C.Valehov "Report"un nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun ləğvi ilə bağlı sualına konkret cavab verməyib: "Hazırda səhhətimdə problemlər var, danışa bilmirəm. Yeni dəyişiklik olub, başqa nə deyə bilərəm?!".

C.Valehov bir qədər sonra özünü feysbuk hesabında bunları yazıb: "Yaxın günlərdə yeni iş fəlaiyyətimlə bağlı məlumat verəcəyəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!