Ceyhun Bayramov ABŞ-yə getdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov ABŞ-yə getdi

Siyasət

25 May 2026 12:12 240


Xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, səfər çərçivəsində 26 may tarixində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda keçiriləcək yüksək səviyyəli iclasda çıxışı, həmçinin bir sıra yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. pizza

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!