Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

Siyasət

25 May 2026 11:19 76


Azərbaycanın bu gün Afrika qitəsində yerləşən 54 dövlətdən 53-ü ilə diplomatik əlaqələri mövcuddur. Yalnız Mərkəzi Afrika Respublikası ilə hələ diplomatik əlaqələr qurulmayıb, lakin bu istiqamətdə də iş aparılır və gözlənilir ki, yaxın müddətdə bu proses yekunlaşacaq. Bununla da Azərbaycanın Afrika qitəsində bütün ölkələrlə diplomatik əlaqələri tam şəkildə qurulmuş olacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

O bildirib ki, hazırda Azərbaycanın Afrika qitəsində 6 ölkədə səfirliyi fəaliyyət göstərir. Liviyada isə səfirlik fəaliyyətini müvəqqəti olaraq dayandırılıb, lakin onun bərpası məsələsi də gündəmdədir. Dördpendirli pizza

"14 Afrika ölkəsində Azərbaycanın diplomatik nümayəndəlikləri rəsmi olaraq akkreditasiya olunub. Gələcəkdə bu şəbəkənin daha da genişləndirilməsi planlaşdırılır. Hazırda bununla bağlı təhlillər aparılır və nəticələrə uyğun olaraq həm yeni səfirliklərin açılması, həm də akkreditasiyanın genişləndirilməsi və əlavə ölkələrdə Azərbaycanın diplomatik təmsilçiliyinin qurulması istiqamətində işlər davam etdirilir", - deyə Y. Rəfiyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!