“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA

Mədəniyyət

25 May 2026 10:52 324


“Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri vəzifəsinə namizədəm”.

Bunu “Yeni Sabah”a açıqlamasında AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov deyib.

O bildirib ki, sədrliyə namizədliyini özü irəli sürməyib: Sezar pizza

“İdarə Heyyəti tərəfindən iki nəfər namizəd irəli sürülüb - Şəfiqə Məmmədova və Əli İsa Cabbarov. Lakin qurultayda başqa şəxslər də namizəd ola bilər. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Sədrliyə namizədliyimi də özüm irəli sürməmişəm. Həmkarlarım, məndən təcrübəli, görkəmli kino xadimlərinin təklifi ilə AKİ-nın sədrliyi vəzifəsinə namizəd olmuşam”.

Son günlər sosial mediada Əli İsa Cabbarovun namizədliyini dəstəkləyənlərin sayı artıb. Həmin siyahıda aktyor Kamran Ağabalayev və AKİ-nin İdarə Heyətinin üzvü, operator, rejissor Nizami Abbas da var.

Qeyd edək ki, mayın 26-sı saat 14:00-da “Landmark Hotel”də AKİ-nin qurultayı keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!