Qəzada yaralanan şəxs xəstəxanada ölüb - TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

Qəzada yaralanan şəxs xəstəxanada ölüb - TƏBİB

Hadisə

25 May 2026 10:23 128


TƏBİB İmişlidə baş vermiş yol qəzasına dair məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində “Mercedes” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Marqarita pizza

1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə nəticəsində daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!