Ceyhun Bayramov: “İrandakı Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov: “İrandakı Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur”

Siyasət

20 Yanvar 2026 10:19 422


Xarici işlər naziri Ceyhun Bayramov İrandakı Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi məsələsindən danışıb.

“Yeni Sabah”ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu daimi fəaliyyətdədir.

“Bu məsələ ilə bağlı mütəmadi şəkildə həm Tehrandakı səfirliyimiz, həm də Təbrizdəki Baş konsulluğumuz məşğul olur”, - XİN başçısı vurğulayıb. pizza hut

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın diplomatik nümayəndəliklərinin fəaliyyəti bir an belə dayandırılmayıb:

“İranda olan vətəndaşlarımız hər hansı çətinliklə üzləşdikdə rəsmi əlaqə vasitələri, telefon nömrələri mövcuddur. Hazırda ciddi bir problem müşahidə etmirik və səfirliklə Baş konsulluq bu istiqamətdə tam şəkildə fəaliyyət göstərir”.

Xatırladaq ki, ötən il dekabrın 28-də İranda kütləvi aksiyalar və iğtişaşlar başlayıb. Bundan sonra Azərbaycan Hava Yoları (AZAL) Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı reyslərini dayandırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!