Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə danışdı

Siyasət

20 Aprel 2022 18:25 335


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlər iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılılıq təbriklər ifadə edilib. pizza

Nazir Ceyhun Bayramov Çin Xalq Respublikasının Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə həmkarını təbrik edib. Nazir, ikitərəfli gündəliyin siyasi, iqtisadi, humanitar istiqamətlərdə uğurla inkişafını vurğulayıb və əlaqələrin daha da irəliləməsi üçün potensialın olduğunu bildirib. Xüsusilə də, Çin şirkətlərinin azad olunmuş ərazilərin bərpası prosesində iştirakı məmnunluqla qeyd edilib.

Nazir Van İ iki dövlət arasında əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib, bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi ilə bağlı prinsipial mövqeyi bir daha vurğulayıblar.

Telefon danışığı zamanı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və digər məsələlər müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!