Ceyhun Bayramov Fransanın “persona non grata” elan etdiyi Azərbaycan diplomatları ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Fransanın “persona non grata” elan etdiyi Azərbaycan diplomatları ilə görüşdü

Siyasət

30 Dekabr 2023 17:16 808


Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 30-da Fransa tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan “persona non grata” elan edilmiş Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, nazir səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib. Dominos pizza

Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib.

İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.

Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!