Ceyhun Bayramov Kazandakı terror aktına görə Rusiyaya başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Kazandakı terror aktına görə Rusiyaya başsağlığı verdi

Siyasət

11 May 2021 13:01 859


“Rusiyanın Kazan şəhərində böyük faciə baş verib. Terror aktı nəticəsində çoxlu sayda günahsız insanhəlak olub və yaralanıb”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

“Ən dəhşətlisi budur ki, hadisə məktəbdə baş verib. Günahsız insanların ölümü həmişə faciədir. Ən dəhşətlisi odur ki, ölənlər günahsız uşaqlardır. Bütün rus xalqına başsağlığı verirəm, yaralananlara tezliklə sağalmağı arzu edirəm. Biz terrorun hər növünü qınayırıq. Bu bir daha onu göstərir ki, bütün ölkələr terror vəbasına qarşı birləşməlidir”, - deyə XİN başçısı vurğulayıb./APA pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!