Ceyhun Bayramov Stefano Sannino ilə müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Stefano Sannino ilə müzakirə apardı

Siyasət

14 May 2021 17:07 1077


14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb. Dominos pizza

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!