Ceyhun Bayramov tacikistanlı həmkarı ilə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə danışdı

Siyasət

28 Yanvar 2023 19:42 659


Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəzasını tapmasının zəruri olduğunu vurğulayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətininin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib. pizza hut

C.Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!