Ceyhun Bayramov Van İ ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Van İ ilə görüşdü

Siyasət

28 Yanvar 2026 15:43 567


Pekində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Geniş tərkibdə keçirilən görüşdə nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksək səviyyəli siyasi dialoqun və Xarici İşlər nazirlikləri arasında müntəzəm təmasların əhəmiyyətini vurğulayıblar. Toyuqlu pizza

Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, bağlantı və nəqliyyat dəhlizləri, enerji sahəsində əməkdaşlıq, eləcə də innovasiya və rəqəmsal inkişaf üzrə əməkdaşlıq məsələləri əhatə olunub.

Tərəflər həmçinin regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi apararaq, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın vacibliyini qeyd ediblər.

Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə və müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyinə əminlik ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!