Ceyhun Bayramov venesuelalı həmkarı ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov venesuelalı həmkarı ilə görüşdü

Siyasət

11 Mart 2022 18:24 348


11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Feliks Plasensiya Qonsales ilə görüşüb.

XİN-dən Yenisabah.az-a verilən xəbərə görə, nazirlər, ölkələr arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, habelə Qoşulmama Hərəkatı daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər, ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və bu xüsusda, iqtisadi, ticarət və investisiya qoyuluşu, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib. Pepperoni pizza

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!