Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı oldu

Siyasət

08 Fevral 2026 16:18 655


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub. Marqarita pizza

Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!