Ceyhun Bayramovla Lavrov arasında mühüm telefon danışığı oldu   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Lavrov arasında mühüm telefon danışığı oldu - Yenilənib

Siyasət

08 Aprel 2022 19:43 522


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. pizza

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında ali səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının icrası müzakirə edilib.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi müsbət qiymətləndirilib.

Bir sıra regional və beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparılıb. Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli razılaşmaların bütün müddəalarının icra olunmasının gedişatını, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara şərait yaradılmasını nəzərdən keçiriblər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!