Ceyhun Bayramovla Mövlud Çavuşoğlunun telefon danışığı olub - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Mövlud Çavuşoğlunun telefon danışığı olub - Yenilənib

Siyasət

01 Dekabr 2020 22:45 734


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mevlüt Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər. Pepperoni pizza

***

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağla bağlı və son proseslər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!