Ceyhun Bayramovun çıxışı Çinin nüfuzlu qəzetində

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovun çıxışı Çinin nüfuzlu qəzetində

Sosial

26 Aprel 2019 19:53 1000


Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasında səfərdədir. 

“Yeni Sabah” xəbər verir ki, Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “China Daily” qəzetində Azərbaycan Təhsil naziri Ceyhun Bayramovun səfər çərçivəsində “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ilə əlaqədar məlumat yayımlanıb. 

Məlumatda Ceyhun Bayramovun ötən gün “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış etdiyi vurğulanıb. Bildirilib ki, forum çıxışçıları tərəfindən təhsil mövzusu geniş müzakirə edilib. Azərbaycan Təhsil naziri Ceyhun Bayramov da öz çıxışında daha çox gənc mütəxəssislərin hazırlanması üçün Çin və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini təklif edib.  pizza sifarişi

Xatırladaq ki, səfər zamanı Ceyhun Bayramov Çinli həmkarı Chen Boasheng ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!