“Cəzalandırıla bilər” - Federasiyadan Hacı Əliyevin qalmaqalı ilə bağlı açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Cəzalandırıla bilər” - Federasiyadan Hacı Əliyevin qalmaqalı ilə bağlı açıqlama 

İdman

19 Sentyabr 2019 09:08 1008


Xəbər verdiyimiz kimi, Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi Hacı Əliyev rəqibi rusiyalı Hacımurad Rəşidovdan xal fərqi ilə irəlidə olduğu halda rəqibin etirazı ilə onun aktivindəki son iki xal hakim tərəfindən silinib. Bu qərar isə güləşçimiz tərəfindən etirazla qarşılanıb. O, hakimin verdiyi qərarı haqsız hesab edib və gərginlik yaşanıb.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyası ilə əlqaə saxladıq. “Yeni Sabah”a danışan qurumun mətbuat katibi Sərxan Musalı bununla bağlı aidiyyatı qurumlara müraciət olunacağını bildirib:

“Hadisə yeni olub deyə, hələ ki bir cavab verə bilməyəcəyəm. Ancaq sözsüz ki, ən yüksək səviyyədə bu haqsızlığa etirazımızı bildirəcəyik. Düzdür, istənilən halda görüşün nəticəsi ləğv edilməyəcək. Ancaq ən azı hakimlər cəzalandırıla bilər. Hələ ki yalnız bunu deyə bilərəm”. Sezar pizza

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!