CHP lideri kimi Azərbaycanı kənarda qoymuruq - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

CHP lideri kimi Azərbaycanı kənarda qoymuruq - Ərdoğan

Siyasət

23 May 2023 21:05 823


Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli dəmiryol xətləri Bakı-Tbilisi-Qars yoluna birləşəcək. 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı deyib. 

O bildirib ki, uzunluğu 405 kilometrə çatan yeni xətt bir neçə vilayəti birləşdirəcək.  Dördpendirli pizza

"Kayseri ilə də əlaqə xətti quracağıq. Qarsa qədər uzadılacaq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. Biz regionumuz üçün dünya əhəmiyyətli strateji xətt açacağıq. CHP lideri kimi Azərbaycanı kənarda qoymaqla deyil, onlarla çiyin-çiyinə bu işləri görəcəyik”, - deyə Ərdoğan vurğulayıb. 

Ərdoğan onu da qeyd edib ki, Türkiyə Azərbaycanla infrastruktur layihələrini inkişaf etdirəcək. Onun sözlərinə görə, bütün bunlar Qarabağı, Zəngəzur dəhlizini heçə sayan CHP sədri Kamal Kılıçdaroğluna rəğmən baş tutacaq:

“Necə ki, Qarabağı birlikdə azad etdik və iqtisadiyyatdan müdafiə sənayesinə qədər hər sahədə əməkdaşlığımızı gücləndirdik, azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu da təkmilləşdirəcəyik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!