Çilinin eks-prezidenti qəzada öldü, matəm elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Çilinin eks-prezidenti qəzada öldü, matəm elan olundu

Dünya

07 Fevral 2024 11:23 435


Çilinin keçmiş prezidenti, milyarder Sebastyan Pinyera həlak olub.

Yenisabah.az "La Nación"a istinadla xəbər verir ki, onun içində olduğu helikopter ölkənin cənubunda Ranko gölünə düşüb.

Pineyra sükan arxasında olub. Havaya qalxdıqdan az sonra "Robinson R66" helikopteri And dağlarının ətəklərində gölə düşüb. pizza mizza

Sabiq prezidentlə helikopterdə olan 3 nəfər xilas edilib. 

Qəzanın səbəbi barədə məlumat verilmir.

Çili hökuməti ölkənin keçmiş prezidenti Sebastyan Pinyeranın ölümünü təsdiqləyib və milli matəm elan edib.

74 yaşlı Pineyra 90-cı illərdə siyasətə qədəm qoyan iş adamı və investordur. 2010-cu ildə Auqusto Pinoçetin istefasından sonra o, ölkənin ilk sağçı prezidenti olub, 2010 və 2018-ci illərdə dörd illik müddətə prezident seçilib. "Forbes" onun sərvətini 2,7 milyard dollar qiymətləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!