Ötən ay seks qalmaqalı ilə gündəmə gələn sabiq konqresmen Kati Hill istefa etdikdən sonra ilk dəfə açıqlama verib.
“Yeni Sabah” xarici mediaya istinadən qeyd edir ki, narkotikdən istifadə edərkən, qadın köməkçisi ilə öpüşərkən və bədənindəki nasist emblemindən döyməsinin əks olunduğu fotoları yayıldıqdan sonra istefa etməli olan K.Hill bu müddət ərzində çox çətin günlər keçirdiyini bilidirib. Hətta intihar barədə düşündüyünü deyən 32 yaşlı sabiq millət vəkili ailəsini daha da incitməmək üçün bu fikrindən daşındığını açıqlayıb. O, fotoları yayıldıqdan sonra ailəsinə və işçilərinə qarşı zorakılıq törədildiyini, qohumlarının təqib edildiyini və işçiləri ilə alçaldıcı tərzdə rəftar edildiyini dilə gətirib.
Xatırladaq ki, ötən ay Kati Hillin çılpaq fotoları mediaya sızıb. Fotolar 10 il əvvələ aid olub. pizza

Sabrina Eldarqızı
Telegram kanalımız