Çimərliklərdə 100 minə yaxın insanın istirahəti üçün imkan var - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Çimərliklərdə 100 minə yaxın insanın istirahəti üçün imkan var - Rəsmi açıqlama

Sosial

03 Avqust 2020 18:36 976


Çimərliklərdə nə qədər insanın istirahət etmə imkanı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında  Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev məlumat verib. 

Aparat rəhbəri bildirib ki, qadağan olunmuş çimərliklərdən başqa, bütün çimərliklər istifadəyə veriləcək. Sezar pizza

Onun sözlərinə görə, portalın istifadəyə verilməsi müəyyən infrastrukturu olan çimərliklərə giriş-çıxışın tənzimlənməsi ilə əlaqədardır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bildirib ki, Bakı və Sumqayıt ərazisində monitorinq olunan çimərliklərdə 100 minə yaxın insanın istirahəti üçün imkan var:

“Bunun üçün hər hansı növbə probleminin olacağı gözlənilmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!