Cinlər öldükdən sonra harada dəfn olunur?
Yenisabah.az “Last Second”a istinadla xəbər verir ki, mistik məxluqların varlığına inanan insanları bu sual çox maraqlandırır.
Dini rəvayətlərə görə, şəffaf tüstüdən yaradılan cinlər təxminən 1000-1500 il ömür sürür. Nadir hallarda insanların gözünə görünən sirli məxluqları ölüm haqladıqda, harada dəfn olunduğu da ehtimallar və əfsanələrlə bələnib. pizza mizza
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin sakinləri cinlərin əbədi yuxuya getdiyi məkana dair öz təxminlərinə sahibdir. Əyalətin liman şəhəri olan Çahabar şəhərindən kənarda, ən azı 2300 illik tarixə malik qədim bir kənd var. Onun adı Tisdir.
Bu bölgənin adına Makedoniyalı İsgəndərin fəthlərinə dair antik kitablarda belə rast gəlinir. Lakin kəndin özü qədim-qaim sərkərdənin hərbi yürüşlərinə görə deyil, daha çox buradakı qəbiristanlıqla tanınır.
Bəluc dilində ona “cin sənt” deyilir, dilimizə çevrildikdə bu, “cinlər qəbristanlığı” deməkdir.
Nəhəng məzar daşları ilə örtülü qəbirlərdə məhz cinlərin dəfn olunduğu hər kəsin dilindən düşmür. Doğrudan da, dağlıq ərazidə sərt səthin, yalçın qayaların insan əli ilə yonulduğunu ağla gətirmək belə mümkün deyil. Qəbiristanlığın tən ortasındakı bəlkə də ən kiçik məzarın uzunluğu 225 sm, eni 110 sm-dir. Məkanı görən hər kəsin beynində eyni suallar dolaşır: Bu qəbirləri kim qazıb? Niyə qazmaq üçün daş səthi seçiblər? Onlar hansı vasitələrlə qazılıb?
Bu suallar qəbiristanlığın lal sükutu ilə qarşılaşır.
Tis sakinləri deyir ki, kim axşam və ya gecə bu qəbiristanlığa yıxılarsa, cinlər tərəfindən lənətlənəcək və bir neçə gündən sonra həmin adam ağır əzabla öləcək. Bu cür hallara saysız nümunələr gətirilir. Zaman və təbiət ünsürləri – külək, yağış və s. qəbiristanlığın görünüşünü dəyişsə də, Tis sakinləri daş məzarlar barədə əqidələrinə düzəliş etmir.
Telegram kanalımız