“Çin və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir”

saytların hazırlanması

Evə çatdırılma

“Çin və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir”

Siyasət

23 Yanvar 2023 12:09 834


“Davos İqtisadi forumu çərçivəsində Çinin CGTN televiziya kanalına müsahibə verən cənab prezident İlham Əliyev, Çin Xalq Respublikası ilə ölkəmiz arasında münasibətlərdən məmnunluğunu bildirdi və ikitərəfli əlaqələrin perspektivlərindən bəhs etdi. Azərbaycan və Çin arasında münasibətlər,  ölkəmiz müstəqilliyini qazandıqdan sonra yaramağa başladı və Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Pekinə səfər etməsi ilə iki ölkə münasibətlərinin müasir mərhələsi başladı. Azərbaycan, dünyanın ikinci böyük iqtisadi gücü və BMT Təhlükəsizlik şurasının daimi üzvü olan Çinlə ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir”.

“Yeni Sabah” xəbər verir ki, bunu AVP sədrinin Beynəlxalq Məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. O, bildirib ki, hər kəsə məlumdur ki, Çinin xarici siyasət istiqaməti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib: 

“Özünə aid konfliktli situasiyaları "Cənubi Çin dənizi- Tayvan boğazı"  çıxarsaq, rəsmi Pekin dünyada baş verən münaqişələrdə iştirakçı tərəf kimi çıxış etmir və yaxud onların həllində hər hansı bir formada rol almır. Bu ÇXR- ın dövlət siyasətidir və ölkə öz nüfuzunu iqtisadi addımlarla, yumşaq güc tətbiq edərək yaymağa çalışır. 2013- cü ildə ölkə lideri Si Tszinpin tərəfindən irəli sürülən "Bir kəmər-bir yol layihəsinidə bu çərçivədə qiymətləndirmək lazımdır.  Pepperoni pizza

Azərbaycan tarixi İpək yolunun üzərində yerləşməklə Çinin bu meqa- layihəsini dəstəkləyən ölkələrdən biridir. Cənab Prezident İlham Əliyevin 2015-ci ildə Çinə təşkil etdiyi səfər zamanı "İpək Yolu İqtisadi" layihəsinin yaradılmasına dair birgə memorandumun imzalanması, ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat infrastruktur layihələri, Transxəzər Şərq -Qərb nəqliyyat dəhlizinin formalaşdırılması, həmçinin Zəngəzur koridoru  kimi proyektlərin hər biri, Çindən Avropaya yük daşımaları üçün yeni marşurut olacaqdır. Azərbaycan üzərindən keçən yol, Çini Avropa ilə birləşdirən ən qısa yoldur və ölkəmiz qədər rəsmi Pekin də bu istiqamət üzərindən yük daşımaları icra etməkdə maraqlıdır. 

Ölkəmiz Çinlə əlaqələri inkişaf etdirməklə onların elmi-texnolji, hərbi, kənd təsərrüfatı sahələrindəki təcrübəsindən yararlana bilər. Qarabağda işğalın sona çatması və işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı  heç şübhəsiz ki, Çinli şirkətlərin marağını cəlb edəcək və çoxda uzaq olmayan gələcəkdə həmin ərazilərə Çin kapitalı qoyuluşunun şahidi olacağıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!