Cinayət törədən 31 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Cinayət törədən 31 nəfər saxlanılıb

Kriminal

03 Aprel 2019 15:04 952


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, aprelin 2-də törədiln 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. pizza sifarişi

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!