Cinayət törədən 41 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Cinayət törədən 41 nəfər saxlanıldı

Kriminal

06 Aprel 2019 18:23 1010


Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olub.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.  pizza hut

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!