Çində koronavirusa qarşı qeyri-adi peyvənd sınaqdan keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Çində koronavirusa qarşı qeyri-adi peyvənd sınaqdan keçirilir

Sağlamlıq

25 Avqust 2020 12:02 744


Çində, koronavirusa qarşı qeyri-adi bir peyvəndin sınaqlarına başlanılıb: bu, böcək hüceyrələrinə əsaslanan rekombinant (genetik olaraq hazırlanmış) bir peyvənddir.

Yenisabah.az Lent.az xarici KİV-ə istinadla bildirir ki, peyvənd Siçuan Universitetində hazırlanıb və onun əməkdaşları artıq meymunlarda və digər heyvanlarda sınaqdan keçiriblər. Ciddi yan təsirləri bu günə qədər məlum deyil.

Testlərin nəticələri hələ açıqlanmasa da, ildə ən azı 100 milyon dəst istehsal etməyə artıq hazırlıq gedir. Dominos pizza

Rəsmi dövlət qurumları bu peyvəndin klinik sınaqlarının başlamasını təsdiqləyib.

Vaşinqton Universitetinin Tibb Məktəbi də öz peyvəndini təqdim edib. O, burun vasitəsilə bir dozada qəbul edilə bilər.

Dərmanın siçanlardakı testləri, adi enjeksiyonlara nisbətən koronavirusa həssas olan məməlilərdə infeksiyanın qarşısını almaqda daha təsirli olduğunu göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!