Çindən təxliyə edilən azərbaycanlıların saxlanıldığı xəstəxanadan FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Çindən təxliyə edilən azərbaycanlıların saxlanıldığı xəstəxanadan FOTOLAR

Sağlamlıq

03 Fevral 2020 07:33 1277


Xəbər verdiyimiz kimi fevralın 1-də, gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında 6 Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib.

Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.

“Yeni Sabah” bildirir ki, ümumilikdə 62 nəfərin karantinə alındığı xəstəxananın şəkilləri də yayımlanıb. Pepperoni pizza

Bildirilib ki, otaqlarda yerləşdirilənlərin ehtiyaclarının qarşılanması üçün hər bir şərait yaradılıb. Karantin 14 gün davam edəcək. Karantinə alınanlar hər üç gündən bir xüsusi testdən keçiriləcək və qan analizi verəcəklər.

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!