Çinin ABŞ üçün hazırladığı növbəti “tələ” - ABŞ qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Çinin ABŞ üçün hazırladığı növbəti “tələ” - ABŞ qərar qəbul etdi

Dünya

31 Dekabr 2019 10:35 1065


ABŞ amerikalı hərbçilərə “TikTok” sosial şəbəkə tətbiqindən istifadəni qadağan edib.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, bu addımın atmılmasına səbəb ABŞ-ın “TikTok"un istifadəçilərin məlumatlarının oğurlanması üçün yaradılmasından şübhələnməsidir.

ABŞ ordusunun nümayəndəsi Robin Oçao bu sosial şəbəkəni təhlükəsiz hesab etmədiklərini, ona görə də hərbçilərin xidməti telefonlarında “TikTok”dan istifadəyə icazə verilmədiyini söyləyib. Lakin şəxsi telefonlarında bu tətbiqdən istifadə etməyə icazə verilir. Bu barədə qərar ABŞ Müdafiə Nazirliyinin dekabrın 16-da bu sosial şəbəkə barədə xəbərdarlığından sonra qəbul edilib.   Pepperoni pizza

Qeyd edək ki, “TikTok” Çin sosial şəbəkəsidir. İstifadəçilər bu sosial şəbəkədə qısa əyləncəli videolar paylaşa və izləyə bilərlər. ABŞ Pekinin “TikTok”u Çin kəşfiyyatı ilə əməkdaşlığa məcbur edə biləcəyindən şübhələnir. “TikTok” rəhbərliyi isə bu ittihamları qəbul etmir, amerikalı və eləcə də bütün istifadəçilərinin məlumatlarının qorunduğunu, bu məlumatların açıqlanmasının Çin qanunvericiliyində nəzərdə tutulmadığını bildirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!