Çinin körfəzdə gizli obyekti - Kəşfiyyat məlumatı

saytların hazırlanması

Evə çatdırılma

Çinin körfəzdə gizli obyekti - Kəşfiyyat məlumatı

Dünya

20 Noyabr 2021 09:10 825


ABŞ kəşfiyyat xidmətləri Çinin BƏƏ-nin paytaxtı Əbu-Dabi yaxınlığında gizli şəkildə hərbi obyekt tikdiyi rəyinə gəlib.

Yenisabah.az xəbər verir ki, bunu "Wall Street Journal" nəşrinə vəziyyətlə tanış olan mənbələr açıqlayıb.

Onların sözlərinə görə, təxminən 1 il əvvəl ABŞ rəsmiləri Əbu-Dabi yaxınlığındakı Xəlifə limanında "şübhəli Çin fəaliyyəti" ilə bağlı kəşfiyyat məlumatları almağa başlayıblar. pizza sifarişi

Nəşrin mənbələri bildirib ki, 2021-ci ilin yazında məxfi peyk şəkilləri ABŞ rəsmilərinə Çinin limanda hərbi obyekt tikdiyi qənaətinə gəlməyə imkan verib.

Co Bayden administrasiyası BƏƏ-ni obyektin hərbi məqsəd daşıdığına və tikintisinin dayandırılmasına inandırmaq üçün fəal diplomatik səylər göstərib.

Amerika rəsmilərinin BƏƏ-yə bir sıra görüşləri və səfərlərindən sonra obyektin tikintisi dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!