Çinin koronavirus peyvəndi bu il satışa çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Çinin koronavirus peyvəndi bu il satışa çıxarılacaq

Sağlamlıq

18 Avqust 2020 16:29 679


Çində əczaçılıq şirkəti tərəfindən istehsal edilən yeni növ koronavirus (COVID-19) peyvəndinin ilin sonuna qədər bazara çıxarılacağı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə peyvəndin istehsalçısı “SinoPharm” şirkətinin direktoru Lyu Tzinçjen “Guangming” qəzetinə açıqlama verib. O, ilin sonunda buraxılacaq COVID-19 peyvəndinin qiymətinin 140 dollardan aşağı olacağını və 28 gün fasilə ilə iki dozada tətbiq olunacağını qeyd edib.

Medicina.az-ın yazdığına görə, peyvəndin əsasən böyük şəhərlərdə yaşayan işçilərə və tələbələrə vurulmasının vacibliyini bildirən Tzinçjen sıx məskunlaşmamış kənd yerləri üçün belə bir tələbin olmadığını söyləyib: “1,4 milyard əhalinin hamısı peyvənd almağa məcbur deyil”. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!