“Cinsi istismar qalmaqalı”na görə səlahiyyətlərindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

“Cinsi istismar qalmaqalı”na görə səlahiyyətlərindən imtina etdi

Dünya

21 Noyabr 2019 08:55 1162


Britaniyanın kral ailəsi itkilərlə üzləşir. Belə ki, şahzadə Endryu kraliçanın qohumu kimi üzərinə qoyulan bütün imtiyaz və səlahiyyətlərdən imtina edib.

"Yeni Sabah" bildirir ki, bu barədə RenTV məlumat yayıb.

Bildirilir ki, II Yelizavetanın oğlu özü ilə bağlı yaranan qalmaqala görə bütün rəsmi və qeyri-rəsmi vəzifələrdən getmək qərarına gəlib. Marqarita pizza

Məlum olub ki, o, yüksək rütbəli və məşhur tanışları üçün yetkinlik yaşına çatmayan qızların iştirakı ilə gecələr təşkil edən məşhur maliyyəçi Cefri Epşteynlə dostluq münasibətlərində olub. Şahzadə Endryu özü şəxsən bir neçə belə tədbirdə iştirak edib.

Kraliçanın oğlu bunu təkzib etsə də, bir gün əvvəl Britaniya mətbuatı çəkiliş və foto şəklində sübutlar dərc edib. Nəticədə, Kral ailəsinin nüfuzuna ciddi xələl gəlib, həmçinin, bir sıra kompaniyalar şahzadə ilə işgüzar münasibətləri dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!