“Cinsini dəyişən insan mömin olarsa...” – Hacı Şahin

saytların hazırlanması

Evə çatdırılma

“Cinsini dəyişən insan mömin olarsa...” – Hacı Şahin

Sosial

12 Dekabr 2022 15:12 6571


İlahiyyatçı və din xadimi Hacı Şahin yeni açıqlaması ilə diqqət çəkib.

“Birinci TV" adlı yutub layihəsinə qonaq olan hacı cinsiyyətini dəyişən insanlardan danışıb. Hacı Şahin həmin şəxslərin dəfni zamanı əsl cinsinin müəyyənləşdirilməsinin vacib olduğunu bildirib: 

"Bildiyiniz kimi ikicinsli insanlar var. Bəzi insanlarda müəyyən dövrlərdə hormonlarda dəyişikliklər olur. Bu zaman belə tip insanların həqiqi cinsi müəyyən edilməlidir. Bilinməlidir ki, bu insan faktiki olaraq hansı cinsə məxsusdur. Bunu artıq tibb müəyyənləşdirir. Əgər qadın kimidirsə, qadın, kişi kimidirsə, kişi olur. Bəziləri bunu mənim cinsi azlıqlara bəraət verməyim kimi qəbul edir. Amma belə deyil. Müəyyən səbəblər var ki, insan həyatda belə yaranır. Əslində müasir tibdə buna icazə verirlər ki, insan öz həqiqi cinsiyyətinə uyğunlaşsın". pizza

Ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!