Cinsiyyətini dəyişdirən keçmiş model Neslihan Doğrusöz qonaq olduğu proqramda verdiyi açıqlamalarla gündəmə gəlib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Doğrusöz cinsiyyətini dəyişdirmədən əvvəl heç bir kişi ilə münasibətdə olmadığını və bakirə olduğunu bildirib.
Uşaqlığı haqda danışan Neslihan kiçik yaşlarından özünü oğlan kimi hiss etdiyini deyib:
“Bacılarımın otağındakı divarda Tarkanın posterləri olurdu, mənimkində isə Ahu Tuba, Hülya Avşarın. Uşaqlıqda bir qız dostum vardı, valideynlərimin yanında dost kimi davranırdıq. Əl-ələ gəzən cütlüklərə həmişə paxıllıq edirdim”. Dördpendirli pizza
Xatırladaq ki, 2017-ci ildə moda proqramına qatılan Neslihan bir müddət öncə əməliyyatsız cinsiyyətini dəyişdirib, üzünə saqqal əkdirmişdi. Neslihan sosial şəbəkələrdə də adını Doruk olaraq dəyişdirib.
Əsmətxanım
Telegram kanalımız