ÇL-in yarımfinalı: “Barselona” - “İnter” matçında 6 qol vuruldu

saytların hazırlanması

Evə çatdırılma

ÇL-in yarımfinalı: “Barselona” - “İnter” matçında 6 qol vuruldu

İdman

01 May 2025 00:58 386


UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" - "İnter" duelində ilk matç keçirilib.

Yenisabah.az xəbər verir ki, İspaniyada baş tutan qarşılaşmada 6 qol vurulub. 

Milan təmsilçisi birinci hissədə Türam (1-ci dəqiqə) və Dumfrisin (21) qolları ilə iki top fərqi ilə önə çıxsa da, üstünlüyünü qoruya bilməyib. Yamal (24) və F.Torres (38) hesaba tarazlıq gətiriblər. Sezar pizza

Tərəflər ikinci hissəyə də qollarla başlayıblar. Əvvəlcə Dumfris (64) dubla imza ataraq, "İnter"i yenidən önə çıxarıb. Lakin cəmi bir dəqiqə sonra Rafinyanın zərbəsindən sonra top "İnter"in qapıçısına dəyərək tora girib. Qol isveçrəli qapıçının adına yazılıb.

Qeyd edək ki, bu cütlüyün qalibi finalda PSJ - "Arsenal" cütlüyünün qalibi ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!