Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.
“Yeni Sahab” xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində baş verib.
Sakin, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb. pizza sifarişi
Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.
Telegram kanalımız