Çörək qiymətləri ilə bağlı YENİ XƏBƏR – Hansılar bahalaşıb?

saytların hazırlanması

Evə çatdırılma

Çörək qiymətləri ilə bağlı YENİ XƏBƏR – Hansılar bahalaşıb?

Sosial

01 Fevral 2025 12:09 3394


Yanvarın son günündən etibarən iri market və mağazalarda çörəyin qiymətinin artması ilə bağlı müxtəlif xəbərlər dolaşır. İddia edilir ki, bütün  çörək markalarında 10 qəpik dəyərində bahalaşma olub.

Yenisabah.az-ın araşdırması nəticəsində məlum olub ki, qiymət artımı təkcə “Nur” zavodunun istehsalı olan çörəklərə aiddir. “Bakıxanov” və “Binə” zavodlarının istehsalı olan ən vacib gündəlik un məmulatı əvvəlki kimi 65 qəpiyə təklif edilir. Yalnız “Nur” çörəyi isə əvvəllər 55 qəpik olsa da, hazırda 65 qəpiyə satılır.

Alıcılar isə qiymət artımından xeyli gileylənir. Onların sözlərinə görə, məlum olur ki, ən çox tələb olunan çörək məhz “Nur” zavodunun istehsalı olan çörəklərdir.  Toyuqlu pizza

Qeyd edək supermarketlərdə və məhəlli mağazalarda “Nur” çörəyinin qiyməti 10 qəpik artıb. Lakin sözügedən zavod bahalaşma ilə bağlı xəbəri təsdiq edərkən, artımın 5 qəpik olacağını bildirmişdi.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!