Çörəyin qiymətilə bağlı açıqlama:   Un 1 manat  bahalaşıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Çörəyin qiymətilə bağlı açıqlama: Un 1 manat bahalaşıb - Video

Sosial

13 Oktyabr 2023 23:33 20764


Son bir ayda ölkədə un bahalaşıb.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.

Satıcıların sözlərinə görə, kisə unun qiymətində artım çox olmasa da, kiloqramla satışda 15 faizə yaxın fərq var. Amma, hələlik çörəyin qiymətində heç bir dəyişiklik yoxdur. Dördpendirli pizza

İqtisadçı-ekspert Rəşad həsənovun sözlərinə görə, unun qiymətindəki artım gözlənilən idi. Bunun da kökündə bir sıra səbəblər yatır. Başlıca səbəblərdən biri Azərbaycanın idxala bağlı ölkə olmasıdır.

Ekspert bildirib ki, hazırda bahalaşma 4 faizə qədərdir. Bunun da çörəyin qiymətinə hər hansı təsiri yoxdur. Qiymət artımının olmaması üçün isə bir sıra addımların atılması vacibdir.

Ekspert həmçinin vurğulayıb ki, unun bahalaşması tendensiyası davam edərsə, çörəyin də qiyməti arta bilər. Hazırki vəziyyətdə isə çörək bahalaşmasa da, unun qiymətindəki artım un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • mənsurə
    Ermənilərə pulsuz un göndərin bizə 200 azn sosial verib ilan kimi sürünək evinizdə saxladığınız it pişik qədər vu xalqın siz hakimiyyətin yanında hörməti yox imiş məscidlərin işıq pulu borcu var kilsələrə havayı işıq verin.erməniyə havayı un göndərin xalqa çatanda qiymət qaldırın fikriniz nədir niyə bu xalqa zülm edirsiz axı biz xalq olaraq sizə nə etmişik?
    3 years ago
  • Abdurrahmanibnixalid.
    Çörək un 1 manat artanda niyə 15 faiz artdı ki?
    3 years ago