Coşqun Rəhimov ilk dəfə xanımından danışdı -   “Məni qısqanır”

saytların hazırlanması

Evə çatdırılma

Coşqun Rəhimov ilk dəfə xanımından danışdı - “Məni qısqanır”

Şou

26 May 2025 11:29 471


Əməkdar artist Coşqun Rəhimov "Günaydın, Azərbaycan" verilişində qonaq olub.

Yenisabah.az xəbər verir ki, C.Rəhimov ilk dəfə həyat yoldaşından danışıb:

"İnsanın ən yaxın dostu ailəsidir. İki övladım, iki də nəvəm var. Heç biri mənim yolumu getməyib. Amma çox istedadlı uşaqlardırlar. Həyat yoldaşımı özüm görüb bəyəndim. Onun da məndə ürəyi var imiş. Sonra tanışlıq, elçilik oldu. pizza mizza

Məndə çox yaralar var, amma onlar mənlə gedəcək. Ayaqda durmağımın səbəbi övladlarımdır. Səhhətim yaxşıdır. Həyat yoldaşım məni qısqanır. Bu, gözəl bir şeydir. Bu, sevginin bitməməyi deməkdi. Amma bir-birimizə güvənimiz tamdır".

Aktyor müsahibə əsnasında anasından söz açaraq kövrəlib:

"Ümumiyyətlə keçmişlə yaşamıram. Dünənki günümü sevmişəm. Sabahkı günümü fikirləşmişəm. Dünənki gün bitib. Onun haqqında düşünüm, o haqda beynimi yükləyim, elə bir şey yoxdur. Anamın dünyasını dəyişdiyi günün olmamağını istəyərdim. Anamız bizim dünyamızdır. O gedəndən sonra çox boşluq oldu. Yuxumda da görmürəm. Həyat yoldaşımla gedib onun qəbrini ziyarət edirəm. Amma gedəni qaytarmaq olmur, yeri çox bilinir". (Axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!