COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir

saytların hazırlanması

Evə çatdırılma

COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir

Sağlamlıq

14 Avqust 2020 14:16 714


Hindistanın “Bharat Biotech” şirkəti tərəfindən ərsəyə gətirilən koronavirusa qarşı Covaxin adlı peyvənd dərmanının klinik sınaqlarının birinci mərhələsi uğurla keçir.

Yenisabah.az xəbər verir ki, sınaqlar 12 şəhərdə bütövlükdə 375 könüllü üzərində aparılır.

Paytaxt Nyu-Dehli yaxınlığındakı Rohtak şəhərində yerləşən tibb institutunda keçirilən tədqiqatların rəhbəri Savita Verma bildirib ki, dərman təhlükəsizdir: "Biz könüllülərin heç birində hər hansı mənfi əlamət müşahidə etməmişik”. Pepperoni pizza

Onun sözlərinə görə, bundan sonra könüllülərə ikinci doza verilərkən dərmanın immun sisteminə təsirini yoxlamaq üçün qan nümunələri toplanacaq.

Sınaqların ilk mərhələsinin ayın sonunda yekunlaşacağı bildirilir.

Medicina.az xatırladır ki, Hindistanın koronavirusa qarşı ilk peyvənd dərmanı olan Covaxin “Bharat Biotech” şirkəti ilə Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) tərəfindən Pune şəhərindəki Milli Virusologiya İnstitutunda birgə yaradılıb. Sınaqlar uğurla başa çatsa, dərmanı gələn ilin birinci yarısından kütləvi istehsal etmək nəzərdə tutulur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!