COVID-19 pasportu belə yoxlanılacaq   - Yeni mobil tətbiq

saytların hazırlanması

Evə çatdırılma

COVID-19 pasportu belə yoxlanılacaq - Yeni mobil tətbiq

Maraqlı

30 Avqust 2021 15:41 1650


COVID-19 pasportunun yoxlanılması üçün “CheckApp” mobil tətbiqi istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, tətbiq üzərindən vətəndaşların COVİD-19 pasportu yoxlanılacaq.  

Pasport aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər: Marqarita pizza

1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!