COVİD-19-un yeni növü qonşularımıza da çatdı

saytların hazırlanması

Evə çatdırılma

COVİD-19-un yeni növü qonşularımıza da çatdı

Sağlamlıq

06 Yanvar 2021 11:07 756


COVİD-19-un ilk dəfə Böyük Britaniyada rast gəlinən mutasiyaya uğramış növü artıq qonşu ölkələr - Gürcüstan və İranda da aşkar olunub. "Britaniya ştammı" adlanan yeni növ virus digər viruslara nisbətən daha sürətli yoluxma qabiliyyətinə malikdir.

Azərbaycanda isə hələlik COVİD-19-un yeni formasına yoluxma halı qeydə alınmayıb.

Yenisabah.az xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Sezar pizza

Onun sözlərinə görə, ölkədə hələlik belə bir təhlükə yoxdur:

“Elmi dəlillərə əsasən belə bir təhlükə ölkədə yoxdur, bunlar kiçik mutasiyalardır. Hesab edirik ki, tətbiq olunacaq vaksin bu cür yeni virusların qarşısını almaqda effektiv olacaq”.

T.Eyvazov əlavə edib ki, son günlər aparılan test sayına görə cavabları pozitiv çıxanların sayında da əhəmiyyətli dəyişikliklər var: “Son günlər bu rəqəm 10 faiz ətrafındadır, ancaq infeksiyanın yüksək yayılma dövründə bu 25-27 faizə qədər çatırdı”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!