“Çox əziyyət çəkirik, inanıram ki...” - Təmkin Xəlilzadə

saytların hazırlanması

Evə çatdırılma

“Çox əziyyət çəkirik, inanıram ki...” - Təmkin Xəlilzadə

Minifutbol 2025

29 May 2025 22:23 8609


Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə minifutbol üzrə dünya çempionatında yarımfinala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.

"Report"un məlumatına görə, futbolçu bunu İngiltərə ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib: Toyuqlu pizza

"Ola bilər ki, həyəcandan hisslərimi doğru ifadə edə bilmərəm. Çox həyəcanlıyam. Allaha şükürlər olsun ki, möhtəşəm qələbə qazandıq. Bizə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çox əziyyət çəkirik, inanıram ki, sonda bu, öz bəhrəsini verəcək. Dünya çempionu olmağımıza son 2 oyun qalıb. İnşallah, arzumuza çatacağıq".

Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!