“Çox gənclər yetim qaldı” - Qənirə Paşayevanın əmisi

“Çox gənclər yetim qaldı” - Qənirə Paşayevanın əmisi

Digər Veb saytların hazırlanması

29 Sentyabr 2023 00:21 692


“Qənirə xanım təkcə bizim nəslin deyil, bütün Azərbaycanın qızı idi”.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.

Qəzənfər Paşayev bildirib ki, Qənirə xanım həm dövlət, həm xalq qarşısında böyük xidmətlər göstərdi və sevildi:

“İnanın ki, mənə hər yerdən zəng edirlər. Mən təəccüblənirəm ki, adamda nə qədər enerji olarmış, adam nə qədər dövləti, xalqı sevərmiş. Bir Allah vergisi, istedad idi, gəldi və getdi. Çox gənclər yetim qaldı. Hamının əlindən tuturdu, kömək edirdi. Mən onun əmisiyəm. Əvvəl deyirdilər ki, Qəzənfər müəllimin qardaşı qızıdır. Sonra dedilər Qənirə xanımın əmisidir. O, bunu zəhməti, xalqa, dövlətə sevgisi ilə qazandı”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!