Bəzən uzunmüddətli romantik münasibətlər zamanla monotonlaşa bilir.
Çox vaxt cütlüklər uzun illər keçdikdə bir-birlərinə münasibətin əvvəllər olduğu kimi ehtiraslı olmamasından gileylənirlər.
İllər sonra uzun-uzadı öpüşlər yöndəmsiz, kiçik vida öpüşlərinə çevrilə bilir. Ancaq cütlüklər kiçik bir öpüşlə kifayətlənmək məcburiyyətində deyillər. pizza mizza
Yenisabah.az xəbər verir ki, münasibətlər üzrə mütəxəssis doktor Con Qottman iddia edir ki, uzun-uzun öpüşmək münasibəti möhkəm saxlaya bilər.
Professor Qottman cütlüklərin əvvəlki kimi romantik hiss etmələri üçün ən azı 6 saniyə öpüşmək lazım olduğunu bildirib. Professorun nəzəriyyəsinə görə, altı saniyəlik bir öpüş gərgin keçən bir günün ardından sakitləşdirici təsir göstərir və uzun müddətdə münasibətə dəstək olur:
"Azı altı saniyə öpüşmədən evdən çıxmayın və günün sonunda evə qayıdanda partnyorunuzu altı saniyəlik sevgi dolu bir öpüşlə qarşılayın".
Dr. Qottmanın məsləhətləri bəzi elmi dəlillərə əsaslanır. O bildirir ki, öpüş stress hormonunun səviyyəsini aşağı salır, cütlüklərin bağlılıq və xoşbəxtlik hormonunu artırır.
Telegram kanalımız