“Bu günlərdə Müdafiə Nazirliyinin Baş Qərərgah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun 63 yaşı tamam oldu və bu münasibətlə həm yazılı, həm də elektron mediada bir çox materiallar dərc olundu. Sosial şəbəkələrdə də çox qızğın müzakirələr,mübahisələr və bəzən də emosiyalardan irəli gələn fikirlərə də rast gəldik”.
“Yeni Sabah”ın məlumatına görə, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, Nəcməddin Sadıkovu şəxsən yaxından tanıyan bir şəxs olaraq Müdafiə Nazirliyinə müharibənin ən ağır dönəmlərində mayor rütbəsində gəldiyi günü də, tarixi də çox yaxşı xatırlayır:
“Cavan və hündürboy zabit Qarabağ müharibəsində ən ağır nöqtələrdən biri olan Ağdərə-Tərtər istiqamətində ağır döyüşlərə iştirak edən hərbi hissəyə təyinat aldı və tərəddüd emədən təyin olunduğu vəzifəyə uyğun olaraq polkovnik-leytenant paqonlarını 5-ci mərtəbədəki kitabxanada səhra geyiminə tikərək, səhərisi artıq döyüş bölgəsində idi. Yəqin ki, onunla xidmət keçən yoldaşlar məndən də yaxşı xatırlayırlar ki, hərbi hissəyə təyin olunmuş yeni komandir ilk anından necə tələbkar və əsl hərbçi kimi öz vəzifə borclarına yanaşırdı. Bəli, müxtəlif yaş senzində olan əsgər və zabitlər, həmçinin nizami ordu anlayışına o qədər də bələd olmayan könüllülər üçün Nəcməddin Sadıkovun gəlişi çox şeyləri dəyişdi. Mən detallara varmaq istəmirəm. Onun necə komandir olmasını hal-hazırda daşıdığı vəzifə və hərbi rütbəsi də sübut edir. Toyuqlu pizza
Bəli, onun barəsində cürbəcür şaiyələr, dedi qodular yazılıb, yazılır və yəqin ki, yazılacaq. Amma, gəlin kişi kimi əlimizi ürəyimizin üstünə qoyub o yazılan şayiələrdən və dedi-qodulardan birini sübut edən kimsəni görmüsünüzmü?”.
Ekspert qeyd edib ki, Nəcməddin Sadıkovun çox tələbkar və sərt xarakteri var:
“Guya Sadıkovun qardaşının Ermənistanda yüksək vəzifədə hərbçi kimi xidmətdə olmasından tutmuş, ta Rusiyanın buradakı "nümyəndəsi" kimi müxtəlif "damğa və yarlıklar" yazılıb. Bilənlər bilir və bilməyənlər üçün onu qeyd edim ki, Nəcməddin Sadıkovun cəmi bir qardaşı olub və o da çoxdan Allahın dərgahında haqq dünyasındadır. Bu faktı mən özüm bu yaxınlarda çox etibarlı və ailəyə yaxın olan şəxslərdən həm öyrənmiş, həm də dəqiqləşdirmişəm. Fərz etsək ki, onun Rusiyaya guya bağlılığı var, onda biz sovet hərbi məktəblərini, akademiyalarını oxuyub bitirmiş bütün azərbaycanlıları çox rahat "rusun, Moskvanın nümayəndəsi" kimi saya bilərsiniz. Başda müdafiə naziri general-polkovnik Zakir Həsənovu da, onun müavinləri, general-leytenant Kərim Vəliyevi, general-leytenant Kərəm Mustafayevi, general-leytenant Ramiz Tahirovu, general-mayor Fuad Məmmədovu və digər qoşun və xidmət rəhbərləri olan generalların və polkovniklərin tam əksəriyyətini bu siyahıya əlavə etmək olar..
Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun çox tələbkar və sərt xarakteri var. Bunu mən öz üzərimdə də birgə hərbi xidmət dövründə həm hiss eləmişəm, həm də görmüşəm. Və, sizi inandırım ki, ordu rəhbərliyinin məhz belə xarakterdə olması çox yaxşı haldır. Şərq mentaliteti ilə heç də uyğun sayılmayan belə əsl ordu komandirinin tələbkarlığı, bəzən sərt ifadələri, heç də hamının xoşuna gəlmir. Amma o insandır, o da ailə başçısıdır. Bəzən etdiyi sərt hərəkətlərə görə çox dərin sarsıntılar və hisslər keçirir. Bu insan özünün sevib-seçdiyi ömür gün yoldaşını cavan vaxtı vaxtsız itirib. Bu insan bütün Silahlı Qüvvələrin döyüş hazırlığına birbaşa cavabdehlik daşıyan şəxsdir. Bəli, MDB məkanında ən stajli və ən savadlı generallardan biri kimi çox böyük nüfuza malikdir. Ondan təkcə Azərbaycanda deyil, elə keçmiş SSRİ şinelindən çıxan çoxlu sayda generallar və admirallar həm çəkinir, həm də ehtiyat edirlər. Ona görə ki, o hamısı ilə necə lazımdır dil də tapır, başa da salır, dediklərini də edir. Bunun nəyi pisdir ki?!”.
Ü.Cəfərov vurğulayıb ki, Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbəri o qədər də sərf etmir:
“Bu gün Müdafiə Nazirliyinin rəhbərliyində, hörmətli nazirimiz general-polkovnik Zakir Həsənov da inciməsin, general-polkovnik Nəcməddin Sadıkov kimi bir tərcrübəli, bu rütbədə və vəzfədə döyüş keçmiş ikinci bir general varmı? Barmaqla sayıla biləcək generallarımız var ki, onlar həqiqətən də kabinetlərdə deyil, məhz döyüşdən çıxmış şəxslər kimi Nəcməddin Sadıkovla bərabər Azərbaycan dövlətinin həm bizə düşmən kəsilən Ermənistan və onun birbaşa havadarı olan Rusiya qarşısında, elə İranın da, digərlərinin də qarşısında sipər olan oğullardır. Gəlin bir az dərindən düşünək. Emosiyasız və heç bir qərəz olmadan. Mən açıq şəkildə çox şeyləri yazmağı lazım bilmirəm. Yəqin ki, mənim dəyərli hərbçi dostlarım və həmkarlarım başa düşərlər ki, söhbət Azərbaycan Dövlətinin, Dövlətçiliyinin ən etibarlı sütunu sayılan Azərbaycan Ordusunun mən deyərdim, ən vacib postuna cavabdehlik daşıyan şəxsindən gedir. Məhz o qarantdır ki, Ordu düşmənə və düşmənlərimizə barmaq silkələməklə yerini göstərsin. Və göstərir də. Göstərəcək də, inşallah çox tez bir zamanda.
Bəli, gəlin açıq etriaf edək ki, bir çoxlarına general-polkovnik Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbəri o qədər də sərf etmir.Yeri gəldi-gəlmədi, o cümlədən bu sətirlərin müəllifi kimi bir neçə il bundan öncə daha çox o vaxtkı müdafiə naziri general-polkovnik Səfər Əbiyevdən "hayfımızı almaq üçün" bəzən "naçştab" Nəcməddin Sadıkovu da haqsız olaraq qaralıyırdıq.
İnanıram ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-polkovnik Nəcməddin Sadıkovun Azərbaycan Dövləti və Dövlətçiliyi, xalqımız və millətimiz qarşısında uzunmüddətli xidmətlərini nəzərə alıb, ona bundan sonra da öz bilik və bacarığını lazım olan sahələrdə tətbiq etməyə şərait yaradacaq”.
Telegram kanalımız